ABŞ-da fizika üzrə Nobel laureatı vəfat edib
ABŞ-da öz elmi işləri ilə maqnetizm, fövqəlkeçiricilik və materiyanın strukturu barəsində anlayışları dəyişdirən fizika üzrə Nobel laureatı Filip Anderson vəfat edib.
“The New York Times” xəbər verir ki, F.Anderson martın 29-u Prinstonda 96 yaşında vəfat edib.
Onun işlərinin əsas hissəsi mütəmadi kristallik tərkibə malik olmayan təsadüfi strukturlaşan və ya “nizamsız”materiallara həsr olunub.
1958-ci ildə alim elektronların bu sistemlərdə azad şəkildə hərəkət etdiyini və müəyyən qaydada durduğunu nümayiş etdirmişdi.
Gələcəkdə işıq və səs dalğalarının xüsusiyyətlərində də tətbiq edilən bu effekt “Anderson lokallaşması” adını almışdı.
1960-70-ci illərdə isə alim bütün gücünü fövqəlkeçiricilik nəzəriyyəsinin araşdırılmasına həsr edib.
F.Anderson 1997-ci ildə Nobel mükafatına layiq görülüb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət