Slimfit
  1. MARAQLI

ABŞ-da ən bahalı evin qiyməti bəlli olub

ABŞ-da ən bahalı evin qiyməti bəlli olub
Sakura

ABŞ tarixində ən bahalı evin qiyməti bəlli olub

Ens.az xəbər verir ki, Los-Ancelesin Bel-Air adlanan nüfuzlu bölgəsində ABŞ-da ən bahalı ev olan- The One malikanəsi müəyyənləşib. Onun tezliklə satışa çıxarılacağı gözlənilir. Ens.az Daily Mail-ə istinadən bildirir ki, əvvəllər obyekt 500 milyon dollara qiymətləndirilib ki, bu da onu ölkənin ən bahalı evi adlandırmağa imkan verir.

9300 kvadrat metrlik villa Los Anceles və Sakit Okeana panoramanın açıldığı təpənin üstündə yerləşir. Ev bir neçə hissədən ibarətdir və burada yataq otağı var. Əsas sahəsi 460 kvadratmetrdir. İlkin layihədə evdəki divarlardan birinin yerinə meduzalı akvarium qoyulacağı nəzərdə tutulsa da, sonra bu fikirdən imtina olunub. Ətrafda 30 avtomobil üçün qaraj, bir boulinq və dörd üzgüçülük hovuzu var. Gələcək sahibləri 45 yerlik İMAX kinoteatrın olduğu gecə klublarında özlərini və qonaqlarını əyləndirə biləcəklər. Binanın ətrafındakı ərazidə 20 min kvadrat fut (1850 kvadrat metr) süni qazon əkiləcək. Bu, 2018-ci ildə adambaşına su istehlakını tənzimləyən quraqlıq qanunu ilə əlaqədardır

Evin sahibi, film prodüseri Nayl Nayami malikanənin qiymətini açıqlayarkən əmlak mütəxəssisləri buna sərt reaksiya verərək onu qiyməti həddindən artıq şişirtdiyinə görə tənqid ediblər. Nayami, beş il əvvəl təyin etdiyi qiymətdə haqlı olduğunu söyləyib: "Əgər sizdə Mona Lisa kimi nadir bir nəsnə varsa, istədiyiniz qədər istəyə bilərsiniz" deyən Nayami, potensial alıcı tapdığını iddia edir. Onların gələcək qonşuları aktrisa Cennifer Eniston və yaxınlıqda əmlak sahibi olan məşhur iş adamı İlon Mask ola bilər. The One malikanəsi qeyd olunan qiymətə satılarsa, bu, ABŞ-da indiyə qədər satılan ən bahalı evin qiymətindən dörd qat artıq olacaq. İndiyə qədərki rekord 2014-cü ildə 137 milyon dollara Hamptonda (New York) satılan ev sayılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR