Dərc edildi: Baxış sayı: 483
ABŞ-da dövlət çevrilişi hazırlanır - Jirinovski açıqladı
Demokratlar tərəfindən ABŞ Prezidenti Donald Trampa impiçment proseduru elan edilməsi cəhdi SSRİ-nin çöküşünü xatırladır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski deyib.
O, demokratların demokratik şərtlər altında yaşamağı bacarmadığını bildirib.
Jirinovski həmçinin vurğulayıb ki, onlar Trampın istefasına hazırlıq görülməsi ilə bağlı hüquqi əsaslara sahib deyillər: “Bizdə 1917 və 1991-ci illərdə belə olmuşdu. Ukraynada isə 2014-cü ilin fevralında...”
RLDP lideri əlavə edib ki, bu, dövlət çevrilişi adlanır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət