Dərc edildi: Baxış sayı: 435
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) xüsusi meneceri Kevin Suiney istefa verib
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) xüsusi meneceri Kevin Suiney istefa verib.
Publika.az xəbər verir ki, o, yazılı açıqlama verərək istefasını bəyan edib.
Lakin K.Suiney açıqlamasında qərarının səbəblərinə aydınlıq gətirməyib. O, bildirib ki, fəaliyyətini özəl sektorda davam etdirəcək.
Qeyd edək ki, Suiney, sabiq müdafiə naziri Ceyms Mettisin əmri altında işləyirdi.
Kevin Suiney son dövrlərdə mətbuat katibi Dana Uaytın istefaya göndərilməsi və Ceyms Mettisin istefa verməsindən sonra Pentaqondan ayrılan üçüncü ali səlahiyyətli şəxs olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət