Slimfit
  1. DÜNYA

ABŞ-da böyük istehsalçılar işə qayıdır

ABŞ-da böyük istehsalçılar işə qayıdır
Sakura

ABŞ-da böyük istehsalçılar işə qayıdır

ABŞ-da bəzi böyük şirkətlər istehsalı qismən bərpa etməyə qərar veriblər.

“American Post” xəbər verir ki, Vaşinqton ştatındakı “Boeing” şirkəti 27 min əməkdaşını işə çağırıb.

İşçilər növbələrlə çalışacaq və gigiyenik qaydalara diqqət yetirəcəklər.

Şimali Dakota əyalətində ən böyük ferma avadanlığı istehsalçısı olan “Boosan Bobcat” eyni zamanda üç zavodda 2200 nəfəri işə çağırıb.

Əsasən Respublikaçılar partiyasının üzvü olan ştatların qadağaları yumşaltdıqları qeyd edilir.

Corciya ştatının qubernatoru Brayn Kemp idman zalı, bərbər, boulinq kimi salonların sosial məsafə qaydalarına riayət etmək şərtilə cümə günündən etibarən açıla biləcəyini, bazar ertəsi günü kino, teatr və restoran kimi müəssisələrin məhdud sayda müştəri qəbul edə biləcəyini deyib.

Digər tərəfdən, Texas və Tennessi ştatlarında parklardan başlayaraq, növbəti həftə iş yerlərinin açılacağı bildirilir.

Eyni zamanda, Miçiqan ştatının Detroyt şəhərindəki böyük avtomobil istehsalçılarının may ayından istehsala yenidən başlayacaqları qeyd edilir.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR