Slimfit
  1. İDMAN

ABŞ-da bir neçə idman yarışı irqçilik hadisəsinə görə baş tutmadı

ABŞ-da bir neçə idman yarışı irqçilik hadisəsinə görə baş tutmadı
Sakura

ABŞ-da bir neçə idman yarışı irqçilik hadisəsinə görə baş tutmadı

ABŞ-da bir neçə idman tədbiri ölkədəki etiraz aksiyalarına görə ləğv edilib. 

Ens.az Report.Az-a istinadən xəbər verir ki, idmançılar 29 yaşlı afroamerikalı Ceykob Bleyki polis əməkdaşının yaralamasına etiraz edirlər. 

Komandaların boykot etmələri səbəbindən Milli Basketbol Assosiasiyasında (NBA) günün bütün oyunları baş tutmayıb. Qadınlar arasındakı basketbol qarşılaşmaları da təxirə salınıb. Oyunçular Bleykə dəstək olaraq aksiya keçiriblər. 

Bundan əlavə, MLS rəhbərliyi futbol çempionatında günün oyunlarını təxirə salmağı qərara alıb. MLS-də yalnız "Orlando" - "Neşvill" matçı baş tutub. Bu isə digər qarşılaşmaların təxirə salınmasından öncə başlamışdı. 

ATP (Peşəkar Tennisçilər Assosiasiyası) və WTA (Qadın Tennisçilər Assosiasiyası) Nyu-Yorkdakı tennis turnirlərini bir gün ertələyib. Avqustun 27-də hansısa oyun gerçəkləşməyəcək. Qərar ABŞ Tennis Federasiyası ilə birlikdə qəbul edilib.  

Son olaraq ölkədə beysbol çempionatının 4 oyunu təxirə salınıb. 

Qeyd edək ki, avqustun 23-də afroamerikalı Ceykob Bleyk mübahisə edən iki qadını ayırmağa çalışıb. Hadisə yerinə polis cəlb olunub. Bleyk hüquq mühafizəçisinin tələblərinə əməl etməyərək avtomobilinə əyləşməyə çalışıb. Onun nəqliyyat vasitəsinə minməsinə mane olmaq istəyən polis elektroşokerdən istifadə edib və silahdan atəş açıb. Zərərçəkmiş sağdır və hazırda reanimasiyadadır. Əməliyyat olunmuş Bleykin vəziyyəti sabitdir. 

Buna etiraz edən ştatın əhalisi nümayişlər keçirməyə başlayıb. Daha sonra etirazlar iğtişaşlarla əvəzlənib. Qubernator Evers bölgədə fövqəladə vəziyyət elan edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR