Dərc edildi: Baxış sayı: 614
ABŞ-da 74 yaşlı kişi kilsəyə gələnləri marixuana ilə zəhərləyib
ABŞ-ın Bulminqton şəhərində 74 yaşlı kişi “Müqəddəs İoann” katolik kilsəsinə gələn insanlara tərkibində marixuana olan peçenye verib. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib.
“Report” xəbər verir ki, bu barədə “The NZ Herald” nəşri yazıb.
Nəşrin məlumatına görə, kilsəyə gələnlər “peçenyeni yeməyin necə günah olduğunu anlamayıblar”.
Təcili yardım şöbəsinə peçenye səbəbindən 12-70 yaş arasında olan şəxslər yerləşdirilib. Bildirilib ki, hadisəni törədən şəxs könüllü olaraq hüquq mühafizə orqanlarına təslim olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət