Dərc edildi: Baxış sayı: 599
ABŞ Çinin qarşısına İranla bağlı tələb qoydu
ABŞ Çin hökumətindən İran neftindən tam imtina etməsini tələb edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” telekanalı ABŞ-ın Maliyyə naziri Stiven Mnuçinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İran öz neftinin təxminən 70% -ni Çinə ixrac edir. Nazir iddia edib ki, rəsmi Tehranın aldığı vəsait Yaxın Şərqdəki hərbi əməliyyatlara sərf olunur.
Bununla yanaşı, Mnuçin ABŞ-ın sanksiyaları səbəbindən İranın neft məhsullarının satışından əldə etdiyi gəlirin 95% azaldığını vurğulayıb.
Nazirin sözlərinə görə, hazırda Vaşinqton və Pekin İrandan Çinə neft tədarükünün tamamilə dayandırılması barədə danışıqlar aparırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət