ABŞ-Çin ticarət müharibəsinin qarşısı alındı
ABŞ hökuməti ümumilikdə 200 milyard dollar həcmində Çin məhsullarının idxal rüsumunun qaldırılması ilə bağlı qərarı 2019-cu ilin mart ayına kimi təxirə salıb.
Oxu.Az xəbər verir ki, bu haqda ABŞ mətbuatı məlumat yayıb.
Müvafiq sənəd ABŞ Federal Reyestrinin rəsmi səhifəsində bu gün (dekabrın 14-də) dərc olunacaq. Həmin sənəddə martın 1-dən ümumilikdə ilə 200 milyard dollar həcmində bir sıra Çin məhsullarına tətbiq olunan rüsumların 10 faizdən 25 faizə qaldırılması nəzərdə tutulub.
Beləcə, ABŞ prezidenti Donald Trampın “G-20” (Buenos Ayresdə) sammitində çinli dövlət başçısı Si Cinpinlə görüşdə verdiyi söz, qanuni şəkildə təsbit olunub. Həmin görüşdə Ağ Ev rəhbəri Pekinlə qlobal sazişin bağlanması məqsədilə, yanvarın 1-dən rüsumları qaldırmayacağını vəd etmişdi.
Tramp belə bir sazişin yaxın üç ay ərzində bağlanacağına ümidvar olduğunu bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət