Slimfit
  1. DÜNYA

ABŞ bu iki ölkə ilə bir araya gəldi: Koronavirus təhlükəsi...

ABŞ bu iki ölkə ilə bir araya gəldi: Koronavirus təhlükəsi...
Sakura

ABŞ bu iki ölkə ilə bir araya gəldi: Koronavirus təhlükəsi...

Almaniyanın Münhen şəhərində davam edən 56-cı Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ, Yaponiya və Cənubi Koreya xarici siyasət qurumları rəhbərləri Mayk Pompeo, Toşimitsu Moteqi və xanım Kan Kyun-hvanın üçtərəfli görüşü olub.

Axar.az xəbər verir ki, görüşün əsas müzakirə mövzularından biri Şimali Koreyanın nüvə-raket fəaliyyəti ilə bağlı danışıqlar olub. Cənubi Koreya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, tərəflər Şimali Koreya məsələsində üçtərəfli əməkdaşlığa dair müzakirələr aparıblar.

Bundan əlavə, görüşdə Çində meydana çıxan və bir neçə ölkəyə yayılan yeni növ koronavirus epidemiyasına dair söhbət aparıblar. Bildirilib ki, virus təkcə insanların sağlamlığı üçün deyil, eyni zamanda, qlobal istehsal zənciri üçün də risklər yaradıb.

ABŞ və onun Asiyadakı iki əsas müttəfiqi Vaşinqtonla Tehran arasında qarşıdurmanın Yaxın Şərqdə yaratdığı gərginliyin həlli üçün əməkdaşlığı genişləndirmək məsələsini də müzakirə ediblər. Tərəflər üç ölkə arasında regional və beynəlxalq müstəvidə əməkdaşlığın istiqamətlərini və üsullarını daim araşdırmaq barədə razılığa gəliblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR