ABŞ birjaları Trampın açıqlamasının ardından daha kəskin tənəzzül qeyd etdi
ABŞ-da indekslər, Prezident Donald Trampın koronavirus (Kovid-19) epidemiyası ilə mübarizəyə dair açıqlamalarının ardından həftənin ilk əməliyyat gününü kəskin enişlə başa vurub.
Marja xəbər verir ki, Tramp, koronavirus epidemiyasının tamamilə nəzarət altına alınmasının iyul ya da avqusta qaədər davam edə biləcəyini söyləyib. Həmçinin Tramp, ABŞ iqtisadiyyatının böhrana doğru gedə biləcəyini dilə gətirib.
Bağlanışda, Dow Jones indeksi 12,93% azalma ilə 20188,52 bəndə geriləyib. İndeksdə 1987-ci ildə yaşanan "qara bazar ertəsi"ndən bu yana ən böyük azalma qeydə alınıb.
S&P 500 indeksi 11,98% və Nasdaq indeksi 12,32% düşüb.
ABŞ-ın ən böyük investisiya bankı və maliyyə xidmətləri şirkəti Goldman Sachs ölkə iqtisadiyyatının ilin ilk rübündə artım göstərməyəcəyini, ikinci rübdə isə iqtisadiyyatın 5% azalacağını gözləyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət