Slimfit
  1. SİYASƏT

ABŞ: Bakı ilə İrəvan arasında problemin “açarı”...

ABŞ: Bakı ilə İrəvan arasında problemin “açarı”...
Sakura

ABŞ: Bakı ilə İrəvan arasında problemin “açarı”...

ABŞ bu prosesə və Cənubi Qafqazda dinc gələcəyə doğru irəliləməyə sadiq qalır. İnanırıq ki, birbaşa dialoq problemlərin həlli üçün açardır, lakin mən hadisələri qabaqlamaq istəmirəm.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı xarici işlər nazirlərinin ABŞ-da görüşü haqda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Danışıqlarda hər iki ölkənin nazirlərindən başqa kimlərin iştirak etdiyi ilə bağlı suala cavab olaraq Patel qeyd edib ki, bir sıra amerikalı diplomatlar bu məsələ ilə fəal məşğul olurlar:

“Cənubi Qafqaz danışıqları üzrə baş məsləhətçi Lui Bono təkcə bu görüşlərdə vasitəsilə deyil, həm də Cənubi Qafqazda daimi fəaliyyəti ilə bu prosesdə dərindən iştirak edib. Bilirsiniz ki, Dövlət katibi Blinken dünən səhər plenar iclasda olub və bazar günü axşam hər iki naziri şam yeməyinə dəvət edib. Buna görə də biz fəal iştirak etməyə davam edəcəyik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR