Dərc edildi: Baxış sayı: 755
ABŞ Azərbaycana yardım edib
ABŞ Səfirliyinin Müdafiə Əməkdaşlığı şöbəsi sentyabrın 4-də Mərkəzi Gömrük Hospitalı üçün nəzərdə tutulmuş COVID-19 aşkarlama ləvazimatlarının ilk hissəsini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ianə edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.
“ABŞ EUCOM Humanitar Yardım Proqramı vasitəsilə təqdim edilən ümumi dəyəri 72 000 ABŞ dollarından çox olan bu ianə Azərbaycana COVID-19 pandemiyasına qarşı daha effektiv mübarizə aparmaq üçün dəstək olacaq”, - məlumatda vurğulanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət