Slimfit
  1. AZƏRBAYCAN

ABŞ Azərbaycan əhalisinin təhlükəli xəstəliklərdən qorunmasına yardım edir

ABŞ Azərbaycan əhalisinin təhlükəli xəstəliklərdən qorunmasına yardım edir
Sakura

ABŞ Azərbaycan əhalisinin təhlükəli xəstəliklərdən qorunmasına yardım edir

İyunun 21-də ABŞ-ın Azərbaycandakı səfirliyi və səfirliyin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi xüsusi təhlükəli patogenlərdən qorunmaq və araşdırmalar aparmaq üçün Azərbaycanın Səyiyyə Nazirliyinə 55 min ABŞ dolları dəyərində olan avadanlıq verib.

ABŞ səfirliyinin məlumatında deyilir ki, bu avadanlığın təhvil verilməsi Azərbaycanda təhlükəli xəstəliklərin aşkarlanması və qarşısının alınması imkanlarının güçləndirilməsi üçün uzunmüddətli layihənin bir hissəsidir.

20-23 iyunda Bakının Mərkəzi Referans Laboratoriyasında diaqnostik və bioloji təhlükəsizlik üzrə təlimin koordinasiyasını həyata kecirmək üçün ABŞ səfirliyi ABŞ-ın Daşkəndəki səfirliyindən olan tərəfdaşları ilə sıx əməkdaşlıq edib. Alimlər laboratoriyada metod və prosesləri müqayisə edərək, milli məlumat bazası üçün regional laborator məlumatların necə tərtib etmələrini müzakirə edib. Gələn aylarda əlavə layihələr planlaşdırılır.

Mənbə:amerikaninsesi.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR