Dərc edildi: Baxış sayı: 874
ABŞ Aya insan göndərəcək
ABŞ prezidenti Donald Tramp NASA-dan Aya amerikalı astronavtların göndərilməsini tələb edib.
Bu barədə ABŞ vitse-prezidenti Mayk Pens “Twitter” hesabında məlumat verib.
“İndiki administrasiyanın bəyan etdiyi proqramın məqsədi – 2024-cü ilə kimi Aya amerikalı astronavtları qaytarmaqdır. Aya ayaq basmış ilk qadın və növbəti kişi amerikalı olacaq, onları Aya ABŞ torpağından ABŞ kosmik raketi daşıyacaq”, - deyə Pens yazıb.
Siyasətçi bildirib ki, Birləşmiş Ştatlar bu məqsədə çatmaq üçün federal büdcədən “nə qədər tələb olunsa, o qədər vəsait ayıracaq”.
Mənbə: oxu.az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət