Dərc edildi: Baxış sayı: 532
ABŞ, Avropa və Yaponiya avqustda neft ehtiyatlarını 30 milyon barel azaldıb
İnkişaf etmiş ölkələrin ticari neft ehtiyatları, ilkin məlumatlara görə, beş illik ortalamadan çox olmasına baxmayaraq, avqust ayında azalıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında deyilir.
Neft ehtiyatlarında azalma əsasən üç bölgədə müşahidə edilir. ABŞ-da sənaye ehtiyatları 19,3 milyon barel, Avropada 9,8 milyon barel, Yaponiyada 1,3 milyon barel azalıb.
Eyni zamanda, iyul ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin ticarət ehtiyatları 13,5 milyon barel artaraq 3,225 milyard barelə çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət