Dərc edildi: Baxış sayı: 493
ABŞ Ankaraya başsağlığı verdi: “Türkiyənin özünümüdafiə haqqını dəstəkləyirik”
ABŞ hökuməti İdlibdə türk əsgərlərinin şəhid olması ilə bağlı rəsmi Ankaraya başsağlığı verib.
“Hürriyyet” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Morqan Ortaqus açıqlama verib.
Ortaqus həmçinin, ölkəsinin Türkiyənin hücumlara qanuni cavab vermək haqqını dəstəklədiyini bildirib.
“ABŞ Əsəd rejiminin, eləcə də Rusiya, İran və Hizbullahın İdlib xalqına qarşı mütəmadi, yersiz və amansız hücumlarını qınayır. Bu cür hadisələr qarşısında NATO müttəfiqimiz Türkiyənin yanında dayanırıq və həyatını itirənlərlə bağlı rəsmi Ankaraya başsağlığı veririk. Türkiyənin qanuni özünümüdafiə tədbirlərini tamamilə dəstəkləyirik”, - deyə Ortaqus bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət