Slimfit
  1. DÜNYA

ABŞ-a daha bir təhdid: “35 hədəf əlimizin altındadır”

ABŞ-a daha bir təhdid: “35 hədəf əlimizin altındadır”
Sakura

ABŞ-a daha bir təhdid: “35 hədəf əlimizin altındadır”

İran SEPAH generalı Qasım Süleymaninin öldürülməsinə görə amerikalıları cəzalandıracaq.

Oxu.Az-ın məlumatına görə, bunu “Tasnim” agentliyinə SEPAH-ın komandanı, general Qulaməli Əbuhəmzə deyib.

Q.Əbuhəmzə Hörmüz boğazında ABŞ gəmilərinə hücum ediləcəyi anonsunu verib.

“Hörmüz boğazı Qərb üçün əhəmiyyətlidir. Buradan çox sayda ABŞ-ın dağıdıcı və döyüş gəmiləri keçir. Bölgədə ABŞ üçün həyati əhəmiyyətli hədəflər çoxdan müəyyən edilib”, - deyə general bildirib.

O qeyd edib ki, ABŞ-ın bu bölgədəki 35 hədəfi, eləcə də, Təl-Əviv İranın əlinin altındadır.  

Qeyd edək ki, Q.Süleymani yanvarın 3-də Bağdad hava limanında ABŞ aviasiyasının raket zərbələri nəticəsində ölüb. Bundan sonra ABŞ-la İran arasında gərginlik daha da artıb.

İran rəsmiləri isə bir-birinin ardınca ABŞ-ı hədələyən bəyanatlarla çıxış edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR