Dərc edildi: Baxış sayı: 402
ABŞ 15 dəqiqədə nəticə verən test alacaq
Ağ Ev ABŞ-ın 150 milyon ədəd 15 dəqiqə ərzində nəticə verən koronavius testi alacağını və bunun ölkə miqyasında paylanacağını açıqlayıb.
Ens.az MediaPost-a istinadən xəbər verir ki,açıqlamada “bu gün Tramp idarə heyəti 150 milyon sürətli COVID-19 testi alınacağı və istehsal ediləcəyini deməkdən məmnunluq duyur”, - deyə qeyd olunub.
Sözügedən testlər üçün tibbi avadanlıq istehsalçısı “Abbott” ilə müqavilə imzalandığı bildirilən açıqlamada “Bu, ABŞ-dakı ən həssas qrupların qorunması və ölkəmizin normallaşmağa davam etməsi üçün çox vacibdir. Bu, Amerika xalqının işə, uşaqların isə məktəbə qayıtmasını təmin edəcək”, - deyə vurğulanıb.
Məlumat üçün bildirək ki, ABŞ ən çox koronavirus testi etdirən ölkədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət