Abramoviç "Çelsi"ni satacaq?
Britaniya və Rusiya arasındakı siyasi soyuqluq "Çelsi"nin sahibi Roman Abramoviçdən də yan keçmədi. Bir neçə ay əvvəl onun iş vizasını uzatmaqdan imtina edən Britaniya hökuməti daha sonra milyaderin mülklərini müsadirə edəcəyinə işarə vurmuşdu. SİA-nın məlumatına görə, sosial mediada "Çelsi"nin yeni sahibinin Cim Retklif olacağı iddia edilir. "Dumanlı Albion"un ən zəngin adamı olan Retklifin bunun üçün 2 milyard funt ödəməyə hazır olduğu deyilir.
65 yaşlı Retklifin 21 mlyard funt sərvəti var. Onun "Çelsi"nin səhmlərini almağa iyunun əvvəlindən maraq göstərdiyi qeyd olunur. İddialara görə, kimya mühəndisliyi ilə məşğul olan Retklif "Mançester Yunayted" azarkeşidir.
Abramoviç hazırda Fransada"zadəganlar"ın təlim-məşq toplanışını izləyir. Ona yaxın mənbələr isə "Çelsi"nin satılmayacağını bildirirlər.
Rusiyalı iş adamı 2003-cü ildə London klubunu 140 milyon funta satın almışdı. O, son olaraq baş məşqçi postuna Antonio Kontenin əvəzinə Maurisio Sarrini gətirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət