Slimfit
  1. PSİXOLOGİYA

Abitruyentlər ixtisas seçərkən nələrə diqqət yetirməlidirlər? - Psixoloq rəyi

Abitruyentlər ixtisas seçərkən nələrə diqqət yetirməlidirlər? - Psixoloq rəyi
Sakura

Abitruyentlər ixtisas seçərkən nələrə diqqət yetirməlidirlər? - Psixoloq rəyi

Abitruyentlər ixtisas seçərkən necə qərar verməlidirlər? Valideynlərin müdaxiləsi doğrudurmu?

Metbuat.az bu barədə psixoloqların rəyini öyrənib.

Psixoloq Gülnar Orucova bildirib ki, hal hazırda valideynlər uşaqların ixtisas seçiminə daha çox müdaxilə edirlər. Bu gələcəkdə öz peşəsini sevməyən vətəndaşların sayının artmasına səbəb olur. Bu həmçinin işsizliyə səbəb olur, çünki, bəzən valideynlər gələcəyi görmədən, bugünü düşünərək peşə seçirlər:

“Məsələn mən 2000-ci illərdə psixoloq olmaq istərkən atam bununla razılaşmırdı. Lakin mən məhz psixologiya təhsili aldım, bunu valideynimə qarşı çıxaraq etdim. Əvvəllər psixoloq, dizayner kimi iş tapmaq çətin idi. Amma bugün o sahədə iş tapmaq, pul qazanmaq daha asan olub. Elə etməliyik ki, gələcəkdə övladımız o ixtisası sevsin, mən öz ixtisasımı o qədər sevirəm ki, işdən gələndə də yorulmuram. Amma bugün valideynlər seçirlər övladlarına ixtisasları, ona görə də işini sevməyən insanlar yaranır. Ümumiyyətlə abitruyentlər ixtisas seçərkən təkcə maaşa, pula görə seçməməlidirlər. Düşünməlidirlər ki, bu işin öhdəsindən gələ biləcəklər mi? Bu işi davam etdirməyə şəraitimiz var? Bəzən insanlar sırf pula görə ixtisası seçirlər və sonra görürlər ki, bu ixtisas onların bacarıqlarına uyğun deyil. Valideynlər çalışsınlar ki müdaxilə etməsinlər. Çünki sonu yaxşı olanda valideyn xatırlanmır, amma pis olanda valideyn günahkar olur. Məsələn, bir müəllimə var amma işləmir, deyir ki, mən dərs danışanda yoruluram, anam məni məcbur oxutdurub”.

Psixoloq İlahə Dəmirbəy isə düşünür ki, valideynlər övladlarına hər hansı məsələ də məsləhət verə bilərlər, amma bu diqtəyə çevrilməməlidir:

“İxtisas seçimi abitruyentlərin ən vacib, məsuliyyətli olmalı olduqları prosesdir. Çox vaxt valideynlər uşağa basqı göstərirlər, özlərinin keçmişdəki arzularını uşaqlarında reallaşdırmaq istəyirlər. Burada daha çox maddi meyarları üstün tuturlar. Uşaq incəsənətə, rəssamlığa meyllənəndə valideynlər deyir ki, orada nə pul qazanacaqsan? Belə etmək lazım deyil, valideynlərin uşağın potensialını, arzularını bilib onun qərarlarına hörmət etməlidir. Mən sizin vasitənizlə valideynlərə müraciət edib deyirəm ki, övladlarınızın arzularına, duyğularına əngəl olmayın ki, onlar da gələcəkdə sizin kimi natamam olmasınlar, öz arzularını övladlarına diqtə etməsinlər”.

Psixoloq Fuad Əsədov isə bildirib ki, bəzən valideynlər uşağın üstündə elə bir dominantlıq sərgiləyib, elə bir təzyiq göstərirlər ki, abituriyentin xəyal qurmaq, nəyisə arzulamaq qabiliyyəti belə yox olur. İndiyədək abituriyentlərlə çoxlu seans keçmək fürsəti əldə etmiş bir psixoloq kimi deyə bilərəm ki, ehtiyacları olan son şey böyüklərin nəsihətidir:

“İxtisas seçərkən mənə görə insanın ilk öncəlik verməli olduğu şey daxili yönəlişliyidir. Yəni nəyə həvəsi var və gələcəkdə özünü kim olaraq görmək istəyir? Buna görə də birinci mərhələdə abituriyentin fikri mütləq alınmalıdır. Lazım olan hər şeyi özləri də dərk edirlər. Əlavə təzyiq onlara həyəcan bəxş edir və şəxsiyyətlərini əlindən alır. Məşhur filosof və yazıçı Hararinin məşhur bir cümləsi var. Deyir ki, uşaqlar çalışmalıdır ki, böyüklərin sözünə maksimum az qulaq assınlar. Çünki, böyüklərin niyyəti yaxşı olsa da, dünyanı anlamırlar. Bu həqiqətən də belədir. Çox uzağa getməyək. Bu gün 25-26 yaşlı olan bir gəncin gördüyü dünya 15 yaşlı yeniyetmənin gördüklərindən daha fərqlidir. Və sizi əmin edim ki, yeniyetmələrin dünya analizi bizdən daha doğrudur. Bu halla çox qarşılaşıram ki, abituriyentlər nə istədiklərini bilmirlər. Onlardan hansı peşəyə yiyələnmək istədiklərini soruşanda deyirlər ki, bilmirəm, valideynlərim bu qrupu məsləhət gördülər, mən də ona hazırlaşıram. Sizcə bu adam gələcəkdə öz işində yaxşı mütəxəssis ola biləcəkmi? Əlbəttə ki, yox. Belə uşaqlar ümumiyyətlə xəyal qurmurlar. Bu onların şəxsiyyətlərini əllərindən alır. Bunun üçün də seanslarda sualı belə qoyuram. Əgər sehrli çubuğun olsaydı onunla özünü hansı peşənin mütəxəssisi edərdin. Məhz bu vaxt onların əsl istədikləri şey üzə çıxır. Ona görə də valideynlər övladların yerinə seçim etməkdən qaçınmalıdırlar. Böyüklər uşağın marağını və istedadını nəzərə alaraq ona öz fikirlərini deyə bilərlər. Amma, bu, fikir mübadiləsi etməkdən daha artıq bir həddə keçməməlidir. Bu problemə əsaslanmış "3 axmaq" deyə bir film var. Orda baş qəhrəmanlardan biri deyir ki, mən doğulanda atam mənə baxdı və dedi ki, mənim oğlum mühəndis olacaq. Daha sonra həmin obraz fotoqraf olmaq istəyir və bu atası ilə arasında kəskin mübahisə etmələrinə səbəb olur. Onda baş obrazın dediyi cümləni bütün valideynlər yaddan çıxarmasalar yaxşı olar. O deyir: " Əgər mən sizin dediyiniz peşəni seçsəm varlı olacam. Amma öz seçdiyim peşəni seçsəm xoşbəxt olacam ". İndi mən valideynlərin bunu düşünməsini istəyirəm. Övladları varlı olsun, yoxsa xoşbəxt? Qərar verərkən unutmasınlar ki, sevdiyi işlə məşğul olan hər kəs uğurlu olur və çox qazanır. Ona görə də birinci abituriyentlərə bu sual ünvanlanmalıdır. Sən nə istəyirsən?”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR