Slimfit
  1. AZƏRBAYCAN

Abid Şərifov: “Hansı hökumətdə 23 il eyni vəzifədə işləmək olar?!”

Abid Şərifov: “Hansı hökumətdə 23 il eyni vəzifədə işləmək olar?!”
Sakura

“Bircə Allahdan savayı heç vaxt heç nədən qorxmamışam”

Bircə Allahdan savayı heç vaxt heç nədən qorxmamışam

Bu gün Baş nazirin sabiq müavini Abid Şərifovun doğum günüdür, 79 yaşı tamam olur. Abid Şərifov 1940-cı ilin 6 yanvarında Şəkidə anadan olub. 1995-ci ildən 2018-ci ilin 21 aprelinə kimi Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.

Modern.az saytının əməkdaşı Abid Şərifovdan doğum günündə qısa müsahibə alıb.

- Abid müəllim, necəsiz?

- Şükürlər olsun ki, hər şey yaxşıdır. Səhhətim də qaydasındadır. Zənginizə görə xüsusi təşəkkür edirəm. Bu arada sizin Yeni ilinizi də təbrik edirəm. Xoşbəxtlik arzu edirəm.

- Qarşılıqlıdır, çox sağ olun! Bu gün sizin doğum gününüzdü. 79 yaşınız tamam olur. Necə qarşılayırsız növbəti doğum gününüzü?

- Sadə. Dəbdəbəli doğum günləri keçirtməyi sevmirəm. İstisna hal yalnız 60 yaşda olub.

- Bir çox həmyaşıdlarınız yaş üstünə yaş gələndə qorxur. Siz də eyni halı yaşayırsız?

- Qətiyyən... Bircə Allahdan savayı heç vaxt heç nədən qorxmamışam. Bu da bir həyatdır.

- Vəzifədə olanda təbriklər də fərqli olur. İndi necə, təbrik edənlər varmı? Xüsusən də köhnə dostlarınızdan?

- Hər zaman xalqıma xidmət etmişəm. Ömrüm boyu da xidmət etməyə hazıram. Hər bir insan xalqına, torpağına bağlı olmalı və xidmət etməlidir. Bu, hamımızn borcudur. Qaldı ki, təbrik edənlərə, təbrik etmək istəyənlər zəng edir.

- Bir daha nəyə görə doğum günü keçirtməməyinizlə bağlı soruşmaq istərdim. Ola bilərmi ki, bu istəyin olmaması illərlə çalışdığınız işinizdən irəli gəlsin?

- Bunun gərgin işlərlə əlaqəsi yoxdur. Əvvəldən xasiyyətim belədir. Düşünürəm ki, sadəlik daha yaxşıdır.  Heç vaxt “bu gün bunu qeyd edim, sabah başqa bir günü qeyd edim” kimi hallarım olmayıb.  O yolun sahibi deyiləm.

- 1995-ci ildən 2018-ci ilə kimi baş nazirin müavini vəzifəsində çalışmısız. O illərin xiffətini çəkirsizmi?

- Qızım, hansı hökumətdə, hansı dövlətdə 23 il eyni vəzifəni icra etmək olar?! Hansı tarixdə bunu oxumusuz?! 79 yaşımda təqaüdə çıxmışam. 23 il sizə kiçik görünməsin. Ona görə də hər zaman prezidentimə minnətdar olmuşam və indi də minnətdaram. Eyni zamanda, ulu öndərimizin də ruhu şad olsun. Ömrüm boyu ulu öndərimizə borcluyam. Yaşımdan asılı olmayaraq cənab prezidentimin, xalqımın əsgəriyəm. Həmçinin, ailəm də, övladlarım da dövlətçilik yolunda hər şeyə hazırdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR