Dərc edildi: Baxış sayı: 505
Abel Məhərrəmova yeni vəzifə həvalə olundu
Şamaxı Astrofizika Rəsədxanasında AMEA-nın Rəyasət Heyətinin Bakı Dövlət Universiteti (BDU) Elmi Şurası ilə birgə səyyar iclası keçirilib və BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər” mövzusunda elmi məruzə ilə çıxış edib.
BDU-dan AzVision.az-a verilən məlumata görə, akademik A.Məhərrəmov universitetdə bu istiqamətdə görülən işlər, bakalavr, magistr, doktorant hazırlığı prosesi, tədris proqramları, dərsliklər, dərs vəsaitləri və monoqrafiyaların yazılmasına diqqət çəkib, BDU-da nanotexnologiyanın texnika, tibb, neft, ekologiya, kənd təsərrüfatı sahələri və hərbi sənaye istiqamətində tədqiqini və elmi nəticələrini Rəyasət Heyəti üzvlərinin diqqətinə çatdırıb. Bunun üçün dəyəri milyonlarla ölçülən cihaz və avadanlıqlar alındığını, bu sahədə olan araşdırma mərkəzləri ilə ümumi dəyəri 8,5 milyon dollar olan qrant layihələrinin uğurla yerinə yetirildiyini bildirib.
Məruzədən sonra çıxış edən akademiklər bu elmi istiqamətin dünya elminin prioritet sahələrindən biri kimi əhəmiyyətindəm danışıb, respublikada nanomateriallar sahəsində aparılan tədqiqatların əlaqələndirilməsi və elmi araşdırmaların hazırkı vəziyyətini müəyyən etmək məqsədi ilə AMEA, BDU və bu istiqamətdə tədqiqat aparan digər strukturlarla müştərək dövlət qurumlarına təqdim etmək üçün meqalayihənin hazırlanmasını təklif ediblər.
AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən respublikada nanotexnologiya istiqamətindəki tədqiqat işlərinin inkişafı və əlaqələndililməsini müəyyən etmək üçün Koordinasiya Şurası yaradılıb və Şuraya rəhbərlik akademik Abel Məhərrəmova həvalə edilib.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət