Slimfit
  1. ƏDƏBİYYAT

Abdulla Paşa Canızadə - Ey ki, zülmətgəhi-zülf içrə üzün misli-çiraq

Abdulla Paşa Canızadə - Ey ki, zülmətgəhi-zülf içrə üzün misli-çiraq
Sakura

Abdulla Paşa Canızadə - Ey ki, zülmətgəhi-zülf içrə üzün misli-çiraq

Ey ki, zülmәtgәhi-zülf içrә üzün misli-çiraq, 
Mәstü sәrxoş gözünә qarşı yaman gözlәrә ağ, 
Olmasın xaki-dәrin guşeyi-çeşmindәn iraq, 
Lәblәrindәn dәhәnim dәrdә dәva etdi soraq, 
Söylәdi: ağzıma innabi-lәbü sibi-buxaq.

Baxdı mәrdüm üzünә, saldı nәzәrdәn ayi, 
Qıldı xәm şöhrәti-әbruyi-lәtifin yayi, 
Qәdrü qiymәtdә deyil lәl lәbin hәmtayi, 
Hәvәsi-zülfi-siyahınla olub sövdayi-- 
Ki, çәkib silsileyi-kakili-tәrrarә daraq. 

Görünür çöhrәlәrin lalәyә gülgun, gülә al, 
Qoymadı al ilә ruyin dili-ayinәdә hal, 
Sürmeyi-şux gözün fitnәyә saldı filhal, 
Qıldı izhari-şәrәf Kәbeyi-ruxsardә xal, 
Vәrәq üz sürtdü qәdәmgahına gülgunә yanaq.

Kakilin şanәlәnir zinәti-duş etmәk üçün, 
Xoş gәlir xәlqә lәbin hәrfi nüyuş etmәk üçün, 
Dil dilәr şәrbәti-göftarını nuş etmәk üçün, 
Xәlqdәn vәsfi-bәnaguşunu guş etmәk üçün, 
Bәhr açdırdı sәdәfdәn düri-qәltanә qulaq. 

Gül xitab etsә sәnә, qönçә ona eylә itab, 
Qönçә kimdir ki, sәnә qarşı durub verә cavab, 
Baxsa hәr dәm üzünә şәrmdәn olmazmı gülab, 
Nәdir ayinә görәn dәmdә sәni eylәyә tab, 
Әksi-ruxsarın ona olmasa mәnada dayaq?!

Dursa ayinә, müqabil üzünә qılsa nәzәr, 
Ona üz vermә, nәzәrdәn sal onu şamü sәhәr, 
Razәdәn qoyma ola dövri-yәnağında әsәr, 
Vәsmәvü sürmә gözü qaşına meyl etsә әgәr, 
Sürmәni seyrә salıb vәsmәyә qıl qaş-qabaq! 

Hüsnünә aşiqi-sadiq demә hәr gümrahi, 
Aşiq oldur yaxa çәrxi dili-atәşgahi, 
İmtәhan eylә şәbi-hicrdә Abdullahi 
Şöleyi-ahına gәr yanmasa çәrxin mahi, 
Tiğ çәk, başını kәs, şәm kimi atәşә yaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR