Slimfit
  1. ƏDƏBİYYAT

Abbasqulu ağa Bakıxanov - Yersiz iftixar

Abbasqulu ağa Bakıxanov - Yersiz iftixar
Sakura

Abbasqulu ağa Bakıxanov - Yersiz iftixar

Sizə deyim qəribə bir hekayət,
Ağıllılar ondan alsın bir ibrət.
Küdü dəni düşdü çinar altına,
Qorxutmadı onu yağış, qasırğa.
Qucaqlayıb çinarı tez boy atdı,
Çinardan da yuxarı baş ucaltdı.
Bilmədi ki, çinarın sayəsində,
Yer tutmuşdur səmanın sayəsində.
Tənə edib dedi: bəh, bəh, ey çinar!
Bu bağda sən görmüşsən bir çox bahar.
Bir mənə bax azca zaman içində,
Qoydum geri səni dövran içində.
Bir neçə il qucaqlaşsaq belə biz,
Heç kim mənə çata bilməz şübhəsiz.
Oynaq olar mənə yüksək fələklər,
Meyvə dərər budağımdan mələklər.
Çinar gülüb dedi, öyünmə sən də,
Hünər məlum olar xəzan əsəndə.
Qüdsi xatırladım bu macəranı,
Öz həddini aşan səfil gədanı.
Bu dünyada yaşayaraq tüfeyli,
Pul topladı titrəyərək o xeyli.
Güman etdi o bir fərmanrəvadır,
Bilmədi ki, yazıq fəqət gədadır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR