Dərc edildi: Baxış sayı: 837
Abbasqulu ağa Bakıxanov - Qəlbimi, dinimi aldı gözəlin hicranı
Qəlbimi, dinimi aldı gözəlin hicranı,
Dəlilik zənciri saldı saçına bu canı.
Qafiləm mən gecə-gündüz özümün halimdən,
Bir qaranlıq bürüyüb sanki bütün dünyanı.
Mən ki möhkəm deyiləm dinimə, qorxum budur ah,
Axiri səcdə edim bir bütə mən pünhani.
Hər cəfana dözürəm kaş ki, məni atmayasan,
Sevməsən barı düşün, kin ilə bu nalani.
Qorxmuram eşqdə töhmətdən, usan ey naseh,
Danlağın tərif edər məndə olan peymanı.
Qayıdıb qafilədən Leyli olar bir Məcnun,
Xosrovu Şirin olar dərgahimin dərbanı.
Qüdsi, tərk et bu yolu, burda əziyyət çoxdur,
Deyəsən sözlərinin yox daha bir payanı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət