Slimfit
  1. ƏDƏBİYYAT

Abbasqulu ağa Bakıxanov - Mişkatu-l-ənvar/Vəzirin geri qayıdıb pis fikirli düşmənləri cəzasına çatdırması

Abbasqulu ağa Bakıxanov - Mişkatu-l-ənvar/Vəzirin geri qayıdıb pis fikirli düşmənləri cəzasına çatdırması
Sakura

Abbasqulu ağa Bakıxanov - Mişkatu-l-ənvar/Vəzirin geri qayıdıb pis fikirli düşmənləri cəzasına çatdırması

Vəzir gordu olkə daha gunbəgun gedir əldən,
Səltənətin bunovrəsi sarsılır hey təməldən.
Xalq icində cox hormətli qoca bir kahin vardı,
Hamı onu din adamı, muqəddəs tanıyırdı.
Vəzir ona gondərərək gecə gizli bir xəbər,
Cağırtdırıb qızıl verdi, etdi boyuk vədələr.
Dedi:--≪Sabah şah yanına o tələsik gedərək,
Əyanların yanındaca şaha təzim edərək,
Desin:--≪Dunən gecə gordum yuxuda mərhum şahı,
Xeyli qəmgin dərdli, məhzun goylərə cıxmış ahı≫
Dedi:--≪Nə səhv eylədim mən duşunub tək ozumu,
Oz əlimlə başsız qoydum əziz iki gozumu.
O vəzir ki, tədbiriylə yuksəlirdi məmləkət,
O vəzir ki, hunəriylə qurulurdu səltənət;
Belə mahir bir vəziri mən ayırdım oğlumdan,
Zəiflədib dovlətimi olkəni etdim viran.
İndi daha son qoymaqcın hər şərrə, xəyanətə,
Vəzirimi gondərirəm oğluma himayətə.
Get xəbər ver ta cıxsınlar pişvazına bu axşam,
Təntənəylə qarşılayıb eyləsinlər ehtiram.
Soylə haman yerdən vəzir yenə əyan olacaq,
Gətirdiyi fərman ilə hər şey bəyan olacaq.
Şah eşitcək cox şad oldu, səs yayıldı hər yana,
Əyanlarla axşam cağı uz qoydu şah meydana.
Gordu--vəzir yanan kulun icindən qalxdı nagah,
Haman paltar, qiyafədə; heyran qaldı xalq və şah.
Qollarını acıb vəzir cəld atıldı meydana,
Təzim edib nəvazişlə gulumsədi xaqana.
Yuz əfsanə uydurdu o atasından vuqarla,
Əlavə bir fərman verdi opərək iftixarla.
Şah da opub o fərmanı əvvəl surtdu uzunə,
Məzmununu cox muvafiq gordu o gun ozunə,
Oxudu ki, vəzirə cox hormət etsin həmişə,
O, vəzirin sozlərilə əməl etsin hər işə.
Yazmışdı ki, necə olsun olkə, saray, səltənət,
Sonra necə qəzəbli soz yazmış idi. Nəhayət--
Demişdi ki, koməyinə gondərirəm vəziri,
Cətin işdə əsas olsun sənə onun tədbiri.
İndi gərək tək qalmayım deyə, bir necə nəfər,
Saraydakı şənlik sevən, əyanlardan muxtəsər.
Gondərərsən ta burada mən də qurum ziyafət.
Qoy bir az da onlar burda mənimlə olsun xoşbəxt.
Ta bu qəmli urəyimi onlar ilə edim şad.
Daha aydın olsun deyə yazıram bax adbaad≫.
Şah tələsik yığıb butun əyanları həvəslə.
Atasının fərmanını oxudu uca səslə.
Sonra da şah əməl edib aldığı bu fərmana,
Gostərilən adamları toplatdırdı meydana.
Onlar necə hıcqıraraq, etdilərsə nalələr,
Bu nalələr şah qəlbinə eyləmədi bir əsər.
Uzurləri boşa cıxdı, hiylələr dəydi daşa,
Şahın mohkəm əmri ilə yandılar başdan-başa.
O fitnəni torədənlər ozləri qurban getdi,
Torətdiyi hiylə, fəsad ozlərini məhv etdi.
Bəli, belə olmuş dunya--aşına nə tokərsən,
Oz tokduyun cıxacaqdır qaşığına bil həmən.
Belə demiş bu məsəli babalar duya-duya,
Başqasına quyu qazan ozu duşər quyuya.
O şeyi ki, sən ozunə rəva gormursən aman,
Başqasına onu rəva gorməyəsən hec zaman.
Calış daim başqasına yaxşılıq et dunyada,
Ta ki, səni yaxşılıqla salsınlar daim yada...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR