Slimfit
  1. ƏDƏBİYYAT

Abbasqulu ağa Bakıxanov - Mişkatu-l-ənvar/Vəziri məhv etmək üçün fitnəkarların tədbiri

Abbasqulu ağa Bakıxanov - Mişkatu-l-ənvar/Vəziri məhv etmək üçün fitnəkarların tədbiri
Sakura

Abbasqulu ağa Bakıxanov - Mişkatu-l-ənvar/Vəziri məhv etmək üçün fitnəkarların tədbiri

Bir gun bədxah, paxıl, nacins və hiyləgər adamlar,
Vəziri məhv etmək ucun birləşərək nə ki var,
Bir cox hiylə duşundulər, uydurdular min yalan,
Qaldırmaqcın maneəni tezlik ilə aradan,
Hər birisi bir yol tapdı, bir soz dedi hər biri,
Axtardılar ki, nə yolla məhv etsinlər vəziri,
Axır biri dilə gəlib, dedi:--≪tapdım yolunu,
Ancaq belə usul ilə məhv edərik biz onu
Lazımdır ki, kahinləri əvvəl ələ gətirək,
Sonra bizlə əlbir olub etsinlər işə komək.
Cunki xalqın kahinlərə sonsuz ehtiramı var,
Dində, dovlət işlərində onlardadır ixtiyar.
Əgər kahin tədbir tokub nə desə yaxşı, yaman,
Hamı onun sozlərinə inanacaq durmadan.
Sarsaq şah da kahinlərə inanacaq şubhəsiz,
Vəziri dəf edib sonra hokmran olarıq biz≫.
Bu fikri cox bəyəndilər, oldular yaxın sirdaş,
Kahinlərə dil tokdulər, verdilər qızıl, daş-qaş
Kahinləri ələ alıb bir cəbhədə durdular,
Bu işə bir carə ucun incə kələk qurdular.
Savadsızın hiyləsi də verməz boyuk xəsarət,
Kahin əgər hiylə etsə baş verər min fəlakət.
Bu hikməti yaxşı oyrən, bunda dərin məna var,
Bu barədə bir cox sozlər soyləmişdir atalar.
Demişlər ki, dərs oyrənmək pis adamdan dunyada,
Elə bil ki, kəsərli bir qılınc verdin cəllada.
Bir gun şahın huzurunda əyanlar səf cəkərkən,
Sərkərdələr təkəbburlə, sırayla əyləşərkən,
Şah məclisin baş yerində əyləşərkən taxtına,
Yaltaqlar dil tokən zaman cavan şahın baxtına,
Təzim edib irəliyə qədəm atdı bir qoca,
O pirani alimsifət şeytan, əvvəl bolluca
Şahı tərif eyləyərək dedi: ≪Omrun cox olsun,
Baxtın, taxtın əzizlənsin, duşmənlərin yox olsun.
Dunən gecə mən yuxuda gordum mərhum atanı,
Gordum ki, nur burumuşdur nəhayətsiz dunyanı.
Mərhum cənnət bağlarında gəzir duzu-duzunə,
Coxlu nemət qapıları acılmışdır uzunə.
Təbəssumlə dedi mənə:--≪Sabah qalxıb tezcə get!
Bu tənhalıq dərdimi tez şah oğluma bəyan et!
Soylə ki, bu cənnət icrə olsa da hər bir şey cəm,
Catmır ancaq bircə yaxın həmsohbət, yaxın həmdəm.
O dunyada vəzirimlə urəyim cox şad idi,
Vəzirimlə mənim konlum qəmlərdən azad idi.
Dost olmasa oxşayır bax zindanlara bu cənnət,
Əgər oğlum istəyirsə mən daha olum rahət,
Qoy yandırıb vəzirimi tez yanıma gondərsin,
Bu cənnəti daha da şən bir aləmə dondərsin≫ .
Onu təsdiq elədilər hiyləgər koramallar,
Soylədilər hələ daha uyğun gələn misallar.
Nadan şahsa inanaraq bu sarsaq sozə həmən,
Dedi:--≪Gərək tez yetirəm yerinə bu əmri mən≫.
Vəzir işi belə gorub itirmədi ozunu,
Səbr edərək gizli qoydu qəlbindəki sozunu.
Bildi ki, cox hiyləgərdir duşmənləri nəki var,
Ancaq idrak və səbr onu bu bəladan qurtarar.
Təzim edib sonra dedi:--≪Əzəmətli xaqanım,
Mən də belə yuxu gordum, artdı zovqum, həycanım.
Duşundum ki, desəm atan edir yanına dəvət,
Qorxdum ki şah, deyər vəzir istəmir edə xidmət.
Bundan qorxub susurdum, ah, bunu duyan hokmdar,
Başqa dostun dili ilə etdi hokmun aşikar.
Oz əmrini icra etdi bu kahinin dilindən,
Bu yol ilə xilas etdi məni əzab əlindən.
Məni ağır həyəcandan qurtardı boyuk xaqan,
Belə fəxri bir dəvətdən şah xəbər tutan zaman,
Gərək bir an yubanmadan icraya versin qərar.
Mənsə belə bir dəvətcun eyləyirəm iftixar.
Lakin uzun illər boyu qul olmuşam sizə mən,
Şahım mənim yanmağıma indi qərar verirkən,
Gərək məni yandırmasın nifrətlə, həqarətlə
Yola salsın gərək məni nəvazişlə, hormətlə.
Vida edib ayrılarkən sizin kimi ≪dostlardan≫,
Gərək məni təntənəylə yola salsın hokmran.
Şah səbr etsin gərək məni yandırmağa necə gun,
Taki, meydan hazırlansın mərasimə bus-butun.
Yanmaq ucun gətirilsin palıd, şumşad, naridan,
Onun ustə qoy səpilsin muşk, ənbər, zəfəran.
Boyuk meydan mərkəzində yandırılsın bədənim,
Ta qalmasın bu dunyada kicik bir arzum mənim.
Belə hormət və cəlalla yanmaq ah nə gozəldir!
Belə yanmaq ozu boyuk bir arzu, bir əməldir.
Oradakı əyanlar da etdilər bunu təhsin,
Gurultuyla soylədilər vəzirə cox afərin.
Sonra xaqan təyin etdi yandırılmaq gununu,
Dedi, o gun elan olsun bir mərasim dugunu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR