Slimfit
  1. ƏDƏBİYYAT

Abbasqulu ağa Bakıxanov - Mişkatu-l-ənvar/Fikrin izahı

Abbasqulu ağa Bakıxanov - Mişkatu-l-ənvar/Fikrin izahı
Sakura

Abbasqulu ağa Bakıxanov - Mişkatu-l-ənvar/Fikrin izahı

Omur kecdi boş-boşuna, etdik daim ahu-vah,
Kecdi xoşluq zamanları, catdı bəla gunu, ah!
Ey saqi, ver piyaləni, mey qızdırsın bu canı,
Bəlkə şadlıq bir də olsun qəlb evinin mehmanı.
Əl tutmasan, qəmlər məni məhv eyləyər, yaxşı bil,
Ona gorə verdiyin su adlanıbdır səlsəbil.
Ey saqi, gəl atəşimə bir su cilə cat dada,
Qızışdırsın atəşimi o su mənim daha da.
Qəlb evinin təmizliyi o şərabdan pay alar,
Su deyilir ona, lakin bir atəşdir aşikar.
Ey saqi, bu ruzigardan mən də bir kam almadım,
Bir badə ver, ənbər icən cağırılsın qoy adım.
Bəlkə o mey nicat verə mənə sonsuz kədərdən,
Ruh ciləsin torpağıma cana gəlim bir də mən.
Ey saqi, bir ayna ver ki, dunyanı seyr eyləyim,
Tut qarşımda, sənə gozəl bir macəra soyləyim.
Tuti ayna gorən kimi məlumdur ki, dil acar,
Sən də sudan bir ayna tut, sirlər edim aşikar.
Saqi, mənə abi-həyat peymanəsi əta et,
Əsrlərin gunəşilə bu dərdimə dəva et!
Qoy yarımın surətini mən gostərim badədə,
Əhsən desin bu qudrətə yar da, mən də, badə də.
Bu dunyada hər kəs olur bir vəchlə kamiran,
Xızr-zulmatdan, mənsə gunəş ceşməsindən, hər zaman.
Ey saqi, mən dərd icində avarəyəm ruzu şəb,
Heyranlığın səhrasında dolanıram təşnələb,
Susuzluğa bir carə qıl, urəyimi sirab et,
Sən bu suyun xassəsini anlat mənə, səvab et!
≪Cami-mey≫ ki, soyləyirlər, bu sozdə nə hikmət var?
Acı badə icində də, nə qəribə halət var.
Nəzərlərdə saf, gul rəngi gorunur o hər zaman,
İcəriyə cəkən zaman necun olur qızıl qan?
Deyirlər ki, huşyar edər icənləri bu badə,
Bəs necin məst, zəlil edir, verir həyatı badə?
Gozə bir cur gorunən bu mayedə min sifət var,
Onda şoran duzu, həm də Fəratdan da şərbət var.
Sənə qurban olum saqi, sakit qalma, yenə dur,
Sən hərəkət edən zaman məclisimiz şən olur.
Dolu şərab badəsi ver, unudum hər dərdi mən,
Bəlkə bir az can qurtarım mən ağlımın əlindən.
Urək şənlik məclisinin cicəklənən bağıdır,
Ağıl isə quldur kimi vurub onu dağıdır.
Dunyaları əks eyləyən saf aynadır bu urək,
Ağıl tozu ortər onu cirkli qara pərdə tək.
Lutf et, saqi, məqsədimə catım bəlkə birtəhər,
Bihuş olub qələm cəkim huşyarlığa bir qədər.
Urək azad olan zaman işgəncədən, əzabdan,
Bəlkə ona gizli sirlər olacaqdır numayan.
Biləcəkdir bu badənin xoş səfası nə imiş,
Hər bir işin ibtidası, intihası nə imiş!
Əgər mənə komək olsan umidim var nəhayət,
Sənin gozəl niyyətinlə kəşf edilər həqiqət.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR