Slimfit
  1. ƏDƏBİYYAT

Abbasqulu ağa Bakıxanov - Mişkatu-l-ənvar/Can yaxan eşqin işığından bir şüa

Abbasqulu ağa Bakıxanov - Mişkatu-l-ənvar/Can yaxan eşqin işığından bir şüa
Sakura

Abbasqulu ağa Bakıxanov - Mişkatu-l-ənvar/Can yaxan eşqin işığından bir şüa

Salam, sizə ey sevdanı bilən əhli-mərifət,
Səlamətlik guşəsinə cəksin sizi məhəbbət.
Məhəbbətsiz bu dunyada nəşə yoxdur, bu şəksiz,
Eşqi isə duymaq olmaz, saf duyğulu urəksiz.
Urəklərin rahatlığı eşq ilədir hər zaman,
Hər kəs olmuş oz eşqilə bu dunyada kamran.
Bu dunyada yoxdur ancaq məhəbbətin ədəmi,
Başdan-başa o qəm, kədər olsa belə, nə qəmi?!
Onun qəmi elə qəm ki, cox ustundur şadlıqdan,
Onun bəndi icindəsə azad olar hər insan.
Dərd icində əgər nalan qoysa belə o canı,
Unudarsan həmişəlik sən hər iki dunyanı.
Qəlbim sonsuz həyatı bu dərdə qurban edərdi,
Urək cəksin qoy dərmandan yaxşı olan bu dərdi.
Bu xərabə yerə duşub can cəkişən hər insan,
Oz kədərli urəyini istər edə şadman.
Lakin yoxdur bir nəfər də bu dunyada bəxtiyar,
Şadlıq, şohrət, xoşbəxtliyin ancaq quru adı var.
Hərənin bir dərdi, vardır, deyin kimdə qəm yoxdur?
Bir fərq ilə: birində cox, o birində lap coxdur.
Başdan-başa bu dunyanın işləri qəm, kədərdir.
Lakin insan bu işlərdən qafildir, bixəbərdir.
Bu dunyada bir iş yoxdur, olsun tamam zərərsiz,
Bir şirin bal tapılmaz ki, olsun tamam zəhərsiz,
Hər bir işin mənasını axtarırlar səbəbdə,
Əziyyətsiz tapılmaz bu aləmdə bir səbəb də,
Cəhd eyləyir, hər kəs tapsın bir az şadlıq dəmini,
Şadlıq tapmaz, o daha da artırar oz qəmini.
Bu dunyada qəm, mohnətdən başqa yoxdur səadət,
Eşq olsun o aşiqə ki, ona gulur məhəbbət.
Bu qəmlərdən, kədərlərdən, işgəncədən, əzabdan,
Ancaq bir şey xilas edər urəkləri hər zaman.
Olmasın qoy can evində yar qəmindən başqa qəm,
Dərd bir olsa tez tapar o oz dərdinə bir məlhəm.
Sənin dərdin o vaxt catar istədiyin dərmana,
Ki, qovuşsun konul yara, can vəfalı canana.
Bu mətləbi yaxşı dərk et: Məhəbbətdir azadlıq,
Onun qəmi, kədəri də olar xoşluq və şadlıq.
Həqiqətdən bəhs edərkən yada duşdu bir məcaz,
Bir cavandan deyim sizə ki, olmuşdu eşqbaz.
Hekayət
Misirdə bir gozəl vardı yanaqları al-əlvan,
Olkədə o əzizlərdən sayılırdı hər zaman.
Camalı nur ciləyirdi cıraq kimi hər yana,
Onun xalı atəşinə yanmışdı cox pərvana.
Yanağının kitabında yazılmış sətr arası,
Şərh olunur ona baxan zamanda ≪nur≫ ayəsi.
Dodağıyla can bəxş edər gozlərilə ovlardı,
Surətində yaradanın sənəti canlanardı.
Kakilində gorunərdi umid, qorxu əsəri,
Ayı iki parcalardı qaşlarının xəncəri.
Qara zulfu kəmənd kimi halqa-halqa buranda,
Vurğun qəlbi tora salıb ovlayardı bir anda.
Gulşənində yanaq kimi bəsləyirdi bircə gul,
Ona nəğmə oxuyardı yuz şur ilə min bulbul,
Ona aşiq olanlardan birisi də əttardı,
Hər xəstəyə dərman verib ozu xəstə yatardı.
Oz yanında xoş ətirli dərmanları var ikən,
Yar zulfunun qoxusunu axtarardı subh erkən.
Bu dərd ilə zaman otdu, aylardan il duzəldi,
Gunlər kecdi, bahar otdu, xəzan kecdi, qış gəldi.
Bir goruşə mohtac idi o binəva, muxtəsər
Bu goruş də o yazığa olmayırdı muyəssər.
Bir gun o ay aşiqlərin naləsindən incəldi,
Aşiq qanı tokduyundən canına bir dərd gəldi.
Ya da nəzər oxu ilə vurduğuycun yaralar,
Bir bədnəzər zərbəsi də ona axır etdi kar.
Təbib onun mərəzini yoxlayarkən nəhayət,
Dərman ucun yazdı ona meyvələrdən bir şərbət.
Təsadufən bu şərbəti hazırlamaq zamanı,
O əttarı gətirtdilər duzəltsin bu dərmanı.
Əttar yarı gorən kimi zəfərantək saraldı,
Cırpınaraq qəlbi birdən onu sonsuz dərd aldı.
Ciyərinin qanı ilə cuşa gəldi həvəsi
Gozlərini qapayırdı yarın odlu nəfəsi.
Sinəsində tufan vardı sanki coşğun dənizdi,
Dodaqları bağlı idi, heyrətindən səssizdi.
Huş gedərsə, dodaq səssiz, hərəkətsiz dayanar,
Gul onundə bulbul qəlbi cırpınaraq odlanar.
Bəli, əsil aşiq odur oz yarını gorəndə,
Varlığını unudaraq dili duşsun kəməndə,
Gozlərini acsın ancaq yar uzunə hər zaman,
Ancaq yarın sohbətini eşitsin o anbaan.
Camalının xəyalilə o qəlbini xoş tutsun,
Canı oda duşsə belə varlığını unutsun.
Varlığından olub duşsə caşqınlığa, heyrətə
Od icində sızlamağı sığışdırmaz qeyrətə.
Nə isə, o hazırladı meyvələrdən bir şərbət,
Atəş ustə qoyan zaman artdı onda hərarət.
Eşqin əcib təsirindən olmuşdu cox pərişan,
Sərxoş idi məhəbbətin şərbətindən bu zaman.
Bulayaraq qarışdırdı barmağıyla şərbəti,
Bu şərbətdə yandı əli hiss etmədi o qəti.
Dilbər onun halın gorub qandı o da aşiqdir,
Oz eşqində fədakardır, məhəbbətə sadiqdir.
Min konuldən aşiq oldu ona məşuq olan yar,
İstədi ki, daim olsun ona yaxın həvadar.
Aşiq əgər oz eşqində gostərərsə sədaqət,
Məşuq ona aşiq olar, budur əsil həqiqət.
Eşqin cətin imtəhanı titrətsə də əsəbi,
Bil məcazi məhəbbətin budur axır tələbi.
Sədaqətli aşiqlərin budur halı, bil bunu,
Burda Leyli daha artıq tələb edir Məcnunu.
Yarla aşiq, vəsl ilə hicr, gəldi muvafiq ədəd,
Sal yadına ki, nə dedi ≪Qul huvəllahu əhəd≫.
Muddəanı subut ucun eldə gozəl misal var,
Artıq sozlər kufrə donər, burda sozu gəl qurtar!
Sən ozunu tanımadan, necə mumkun bu əməl,
Bu hikmətin əsrarını anlayasan mukəmməl?!
Oz halını o uşaqla tutuşdurub sal yada,
O, gunəşi gorməmişdən inanmazdı dunyada.
Hekayət
Qaranlıq bir ev icində doğulmuşdu bir uşaq,
Evlərində bir ustaddan elm oyrəndi o ancaq,
Tanımadı şamdan başqa işıq verən atəşi,
Bir an belə gormədi o gozlərilə gunəşi.
Muəllimi hər nə qədər soylədisə aşikar,
Ki, dunyada hər bir şeydən işıqlı bir gunəş var.
Uşaq ona inanmayıb hey deyirdi ustada,
Ki, bu şamdan işıqlı şey ola bilməz dunyada.
Bir gun səhər colə cıxdı, uşaq heyran dayandı,
O gunəşi gorən zaman bu sozlərə inandı.
Bədənin bir evə bənzər, canın ona bir əşdir,
Ağlın nurlu şama bənzər, eşq isə bir gunəşdir.
Sən bilmirsən əbədiyyət mehri nədir, ey nadan,
Ağılcatmaz hər bir şeyi mahal sanma hər zaman.
Bu sozlərin yeri deyil, yersiz sozdən cəkin, qac,
Məhəbbətdən bir soz soylə, aşiqlikdən sohbət ac!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR