Dərc edildi: Baxış sayı: 902
Abbasqulu ağa Bakıxanov - Hər kim edərsə vərdiş eşqü səfayi-yarə
Hər kim edərsə vərdiş eşqü səfayi-yarə,
Əvvəlcə ixtiyarı atsın gərək kənarə.
Bizdən ərzü təmənna, rəddü qəbul yardan,
Bu işlərin nə xeyri var imiş intizarə?!
Ənbər saçan o zülfün aşütfə olmasından,
Verdin bir asudəlik bu qəlbi-biqərarə.
Bu eşqin aləmində vardır behişt-cəhənnəm,
Baxsan fəraqi-yarə, ya vəsli-gülüzarə.
Bağban icazə versə bağə girim, nə fayda,
Dözmək olarmı, aya, gülçinə, zülmi-xarə?!
Bülbülləri salardım qəfəslərə bir anda,
Dağıdıb son qoyardım xəzanə, novbaharə.
Qüdsi, bu xoş çəməndə bir laləüz həvası,
Xakə salıb qan etdi, dağ çəkdi qəlbi-zarə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət