Dərc edildi: Baxış sayı: 935
Abbasqulu ağa Bakıxanov - Çox gözdə sürmə, əldə həna, üzdə xal olur
Çox gözdə sürmə, əldə həna, üzdə xal olur,
Nisbət bu qaşü bu gözə bənzər məhal olur.
Qafi--qaşın, tayi--telin, lami--ləblərin,
Aləmdə əlbir eyləsə, billah qital olur.
Lövhi-xəyalə hər necə təhr eyləsəm qaşın,
Gəlməz xəyalə axırı məhzi-xəyal olur.
Sirri-dəhani sordum o şəkkər dodaqdən,
«Pünhan danış bu sirri--dedi,--qilü qal olur».
Görçək o atəşin üzünü nitqim oldu lal,
Qüdsi, cərəs düşəndə oda, zəngi lal olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət