Slimfit
  1. TARİX

Abbasilər dövrünün məşhur — Türk alimləri

Abbasilər dövrünün məşhur — Türk alimləri
Sakura

Abbasilər dövrünün məşhur — Türk alimləri

Türk milləti bütün dünyada hərb milləti kimi tanınsa da, dünya elminə öz töhfələrini verənlər də çox olub. İslam Renesansına da xidmət edən bir sıra türk alimləri olub.

Ölkə.Az”a bu barədə tarixçi-alim Əkbər Nəcəf məlumat verib. Abbasilər dövründə məşhur türk alimləri aşağıdakılar olub.

Məhəmməd ibn Musa əl-Xarəzmi ət-Türki (vəfatı 850-ci il) – cəbr elminin qurucusu, əsəri “Hesab əl-cəbr vəl-mukabələ”. Beytül-Hikmənin müdürü olmuşdur.

İbn ət-Türki əl-Cili (IX əsr) – riyaziyyatçı. Əsərləri “Kitab əl-cami fi əl-hesab”, “Kitab əl-müaməlat”, “Kitab nəvadir əl-hesab”

Əbu Bərzə əl-Fəzl ibn Məhəmməd ət-Türki – riyaziyat və cəbr alimi. Riyaziyyata dair iki əsər qələmə alıb.

Əbdül-həmid ibn ət-Türki – cəbr alimi

Əmir Əbu Nəsr Əli ibn Arak (vəfatı 1036) – riyaziyyatçı, Biruninin müəllimi. Biruniyə aid edilən “əl-Məcasti əş-şahi” əsərinin müəllifi.

Əhməd İbn Kəsir ət-Türki əl-Fərqani (IX əsr) – xəritə mühəndisliyinin banisi. Orta əsrlər Avropasında “Alfraganius” adı ilə məşhur idi. Əsəri “Kitab əl-hərəkət əs-səmaviyyə” latin dilinə dəfələrlə nəşr olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR