Slimfit
  1. MEDİA

Abbas Səhət küçəsində görüş

Abbas Səhət küçəsində görüş
Sakura

Abbas Səhət küçəsində görüş

Yeni Azərbaycan Partiyasının 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizədi Musa Quliyevin seçiciləri ilə məhəllə görüşləri davam edir.

Bu gün deputatlığa namizəd Abbas Səhət küçəsinin sakinləri ilə görüşmüşdür. Görüşdə Musa Quliyev ölkəmizin daxili və xarici siyasətindəki uğurlarından danışmış, milli iqtisadiyyatımızın inkişafı üzrə strateji yol xəritəsinə uyğun olaraq yaxın illərdəki qarşıya qoyulan vəzifələri seçicilərinə izah etmişdir. Milli Məclisə növbədənkənar seçkilərin cənab Prezident İlham Əliyev tərəfindən başladılan dərin islahatların növbəti addımı olduğunu vurğulayan deputatlığa namizəd seçiciləri islahatlara dəstək verməyə, 9 fevralda keçiriləcək parlament seçkilərində fəal iştirak etməyə çağırmışdır. 

Bəzi seçicilər məşğulluğun təmin olunması və sənədsiz evlər ilə bağlı problemləri olduqlarını qeyd etmişlər. Deputatlığa namizəd Musa Quliyev bu problemlərin həlli istiqamətində öz seçki platformasında müddəalar olduğunu söyləmiş və bu məsələlərin həlli sahəsində səy göstərəcəyini vəd etmişdir. Seçicilər Yeni Azərbaycan Partiyasının siyasi kursunu bundan sonrada dəstəkliyəcəyini bildirmişlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR