“ABAD”ın eksperti italyan mətbuatında
Artıq bir neçə gündür ki, İtaliya KİV-ləri “ABAD”a ekspert kimi dəvət olunan gənc italyan texnoloqunun Azərbaycanla bağlı təəsüratları, yerli əhalinin qonaqpərvərliyi və ABADçılarla olan təcrübəsi haqqında məqalələr dərc edir.
Texnoloq Anjelo Manna Siciliyada “Agrirape” fermasının sahibidir, cem və marmelad məhsullarının istehsalında ekspert olaraq çalışır. Gənc ekspert BP şirkəti və onun tərəfdaşları tərəfindən Azərbaycan şirkətlərinin inkişaf etdirilməsi məqsədi ilə maliyyələşdirilən və təlim, treyninq, bacarıqların inkişaf etdirilməsi xidmətlərini göstərən şirkət, “Ekvita”-nın icraedici partnyoru olduğu “Sahibkarlığın İnkişafı Proqramı” çərçivəsində ABADçılara yeni texnologiyalarla cem və marmeladın istehsalı üçün seçimdə qalib gəlib.
ABADçılara dəstək proqramı 40 gün davam edib. Məqalələrdə ekspert Anjelo unudulmaz təcrübəsi haqqında bölüşüb:
“Seçimdə qalib gələn andan etibarən Azərbaycan haqqında informasiya əldə etdim və təhlükəsizlik səviyyəsini araşdırdım. Buranın təhlükəsizliyi haqqında oxuduğum məlumatlar məni çox sevindirdi. Mən Azərbaycanın Masallı və Balakən regionlarında oldum. ABADçılarnan iş birliyimiz oldu. Amma təlimçi, yəni öyrədən tərəftək mən olmadım, məni də burada Azərbaycanda çayla içilən ənənəvi “mürəbbə” adlandırılan məhsul ilə tanış etdilər. Cemdən fərqli olaraq siropun içində meyvələrüzür. Ən maraqlısı isə badımcan mürəbbəsi idi. Hazırda bu məhsulları İtaliyada da hazırlamağı düşünürük...”.
Təəsüratları ilə bölüşən Manna onu da əlavə edir ki:“Mən burada gənclərin həvəsinə, yeni biliklər əldə etmək istəyinə və ümumiyyətlə qonaqpərvərliklərinə heyran oldum və hər zaman da bunlar mənim yaddaşımda qalacaq. Burada bir çox dost qazandım və bununla da fəxr edirəm”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət