Dərc edildi: Baxış sayı: 322
AB liderləri İsraillə HƏMAS-a görə toplanır
Avropa Birliyi liderləri İsrail-HƏMAS müharibəsini müzakirə etmək üçün videokonfrans keçirəcəklər.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel deyib.
"Avropa Şurasının müqavilələrə və dəyərlərimizə uyğun olaraq ümumi mövqeyimizi formalaşdırması və mövcud vəziyyətin mürəkkəbliyini əks etdirən aydın, vahid fəaliyyət kursu qurması çox vacibdir", - Mişel bildirib.
Qeyd edək ki, Avropa Şurasının fövqəladə iclası 17 oktyabrda videokonfrans vasitəsilə keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət