Dərc edildi: Baxış sayı: 423
AB İrana vurulan təyyarəyə görə sanksiya tətbiq etməyəcək
Avropa Birliyi “Boinq” təyyarəsinin vurulmasına görə İrana sanksiya tətbiq etməyi hələlik planlaşdırmır.
Axar.az xəbər verir ki, bu məlumatı TASS agentliyi yayıb.
AB-nin aparılacaq tədqiqatın nəticələrini gözlədiyi bildirilib.
Qeyd edək ki, 8 yanvarda SEPAH Ukraynanın sərnişin təyyarəsini Tehran yaxınlığında səhvən vurub. Nəticədə təyyarənin 176 sərnişin və heyət üzvünün hamısı həlak olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət