Slimfit
  1. CƏMİYYƏT

97 namizəd inzibati rəhbər vəzifələri üzrə imtahan verəcək

97 namizəd inzibati rəhbər vəzifələri üzrə imtahan verəcək
Sakura

97 namizəd inzibati rəhbər vəzifələri üzrə imtahan verəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 3 avqust 2020-ci ildə dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

Mərkəzdən verilən məlumata görə, bu imtahanda 15 mart 2020-ci ildə keçirilməsi nəzərdə tutulan, lakin pandemiyaya görə təxirə salınan test imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər (76 nəfər), həmçinin 21-30 iyul tarixləri arasında imtahana yazılmış 21 nəfər iştirak edəcək.

İmtahan saat 10:00-da başlayacaq və üç saat davam edəcək.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

İmtahanda iştirak etmək üçün AA qrupu üzrə beş, AB qrupu üzrə 23, AC qrupu üzrə 69 olmaqla, ümumilikdə 97 namizəd  qeydiyyatdan keçib.

İmtahan keçirilən gün sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, namizədlərin imtahan binasına gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

Namizədlər imtahana tibbi maska ilə gəlməli və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər.

COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq, imtahan binasına daxil olan namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarəti yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

 

Mənbə: Oxu.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR