Slimfit
  1. DÜNYA

97 küçə itini qasırğadan qorumaq məqsədilə evinə gətirdi

97 küçə itini qasırğadan qorumaq məqsədilə evinə gətirdi
Sakura

97 küçə itini qasırğadan qorumaq məqsədilə evinə gətirdi

Bahamalarda hökm sürən və dünyanın ən böyük ikinci qasırğası kimi müəyyən olunan Dorian qasırğası nəticəsində sadəcə insanlar deyil, heyvanlar da zərər görüb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, paytaxt Nassauda yaşayan Çella Filips adlı qadın evini küçə itlərinə açıb. 97 küçə itini xilas edən yardımsevər qadın "onların necə həyatda qala biləcəyini düşünərək çox kədərlənirdim" sözlərini deyib və insanları kömək etməyə səsləyib. 79 yaşlı qadın "Facebook" mesajında evlərini su basması və tez-tez şimşək çaxması səbəbilə heyvanların qorxduğunu bildirib.

Filipsin hekayəsi sosial mediada Dorian qasırğası ilə bağlı paylaşılan mövzulardan biri olub. O, heyvanlara kömək etmək məqsədilə başlatdığı yardım kampaniyasında bu günə 54 min dollar toplaya bilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR