Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

9 yaşlı qız yuxudaykən koronavirusdan öldü: xəstəliyi səhvən yorğunluq kimi qəbul ediblər

9 yaşlı qız yuxudaykən koronavirusdan öldü: xəstəliyi səhvən yorğunluq kimi qəbul ediblər
Sakura

Ölümündən bir neçə gün əvvəl uşağın temperaturu 37,7 dərəcəyə qədər yüksəlib

ABŞ-da doqquz yaşlı Kimora Linum koronavirus infeksiyasından dünyasını dəyişib. Ens.az bildirir ki, ona yalnız ölümündən sonra  diaqnoz qoyulub. Sağlam qız, dostları ilə oynadıqdan sonra yatıb və  yuxudaykən ölüb.

 Ölümündən bir neçə gün əvvəl uşağın temperaturu 37,7 dərəcəyə qədər yüksəlib.  Xəstəxanada həkimlər uşağı müayinə edib və bunun adi  kəskin tənəffüs yolu virus infeksiyası olduğunu düşünərək  qızı sağalmaq üçün evə göndəriblər. Ona COVID-19 üçün test edilməyib.

 Bir neçə gündən sonra Kimora özünü daha yaxşı hiss etməyə başlayıb.  Sonuncu gecə də dostları ilə həyətdə oynayıb.  Ancaq evə qayıtdıqdan sonra ağır yorğunluqdan şikayətlənib, yatmağa gedib və bir daha oyanmayıb.

 "Mən onu silkələdim, qışqırdım. Anamı səslədim və dedim ki, o bura gəlsin, çünki Kim nəfəs almır" deyə qızın anası Mikaşa Yanq-Holms  bildirib.

 Nənəsi uşağa süni tənəffüs verməyə çalışıb, amma bu  kömək etməyib.  Gələn  həkimlər ölümü təsdiq ediblər.  Yalnız bundan sonra qızdan  COVID-19 testi götürülüb.  Testin cavabı müsbət çıxıb.

 Kimora Florida ştatında koronavirusdan ölən beşinci uşaqdır.

Mənbə: vesti-ua.net

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR