Slimfit
  1. CƏMİYYƏT

9-cu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir? - DİN-dən AÇIQLAMA

9-cu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir? - DİN-dən AÇIQLAMA
Sakura

9-cu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir? - DİN-dən AÇIQLAMA

Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin 9-cu sinif şagirdinin 30 yaşlı şəxslə evləndiriləcəyi haqda xəbərlər yayılıb.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yer alıb.

Həmin xəbərlərdə artıq yeniyetmənin toy tarixinin də müəyyənləşdirildiyi qeyd olunub.

Məlumata görə, azyaşlı qız imtahanlarda yüksək nəticə göstərib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, məsələ artıq nəzarətə götürülüb.

16 yaşı tamam olan həmin yetkinlik yaşına çatmayan hazırda təhsilə davam edir və davamiyyəti nəzarət altındadır.

Qeyd olunub ki, nikah yaşına çatmamış toy və ya nişan mərasiminin keçirilməsinin yolverilməzliyi ilə bağlı yeniyetmənin valideynlərinə bir müddət əvvəl də xəbərdarlıq edilib.

Polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlərin görülməsi davam etdirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR