89 yaşlı ABŞ sakini rekord vurdu
89 yaşlı ABŞ sakini Enn Lorimor ən hündür dağ zirvələrindən biri olan Kilimancaroya çıxmaqla dünya rekorduna imza atıb.
“ABC 15” telekanalının məlumatına əsasən, Lorimor bir neçə il öncə Kilimancaroya dırmaşan ən yaşlı qadın olmaqla dünya rekordu vurmuşdu. Lakin digər bir qadın onun titulunu əlindən aldıqdan, bir kişi isə yeni dünya rekordu vurduqdan sonra, o, yenidən zirvəni fəth etmək qərarına gəlib.
“Mənim narahat olduğum bir an olmuşdu. Belə ki, hələ dağa çıxmamış yıxıldım... Böyürümdə güclü ağrılar vardı və mən dərindən nəfəs ala bilmirdim. Qorxurdum ki, kifayət qədər oksigen almasam, zirvəyə dırmaşa bilməyəcəyəm”, - bu barədə Lorimor evə qayıdarkən deyib.
O bildirib ki, Afrikaya gedib qayıtmaq və dağa dırmaşmaq ümumilikdə 9 gün aparıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət