Dərc edildi: Baxış sayı: 577
82 yaşlı baba məktəbə gedir
Türkiyədə kişi 82 yaşında məktəbə getmək arzusunu reallaşdırıb.
Zonquldaq vilayəti Kozlu rayonunda yaşayan üç övlad, yeddi nəvə sahibi olan Sıdtık Budaq çantasını kürəyinə ataraq, məktəbə gedir.
DHA-nın məlumatına görə, indiyə qədər maddi imkansızlıqdan özü təhsil ala bilməyən Budaq övladlarının təhsil almasına kömək edib.
“80-90 yaşında universitetlərə imtahan verənlər var. Hədəfim bu deyil. Sadəcə, oxuyub-yazmağı öyrənmək istəyirəm. Həyat su kimi axıb gedir”, - deyən 82 yaşlı şagirdin müəllimi səfər Kurnalı onun artıq qəzet oxuyub oradakı krossvordları həll edə bildiyini deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət