Slimfit
  1. CƏMİYYƏT

8103-ə mesaj göndərib rədd cavabı aldı, evdən çıxarkən yaxalandı

8103-ə mesaj göndərib rədd cavabı aldı, evdən çıxarkən yaxalandı
Sakura

8103-ə mesaj göndərib rədd cavabı aldı, evdən çıxarkən yaxalandı

Bərdədə xüsusi karantin rejimi qaydalarından sui-istifadə edən şəxs müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Belə ki, şöbə əməkdaşları tərəfindən Bərdə rayon sakini Ramil Mehdiyevin tətbiq edilən karantin qaydalarından sui-istifadə edərək çölə çıxdığı müəyyən edilib. 

 

R.Mehdiyev iki gün ərzində 8103 qısa nömrəsinə mesaj göndərərək dəfn mərasimində iştirak etmək məqsədi ilə icazə alıb. Lakin sonuncu dəfə eyni məqsədlə icazə alarkən ona bu barədə rədd mesajı gəlib.

Rədd mesajına baxmayaraq, bu dəfə o, 8103 xidmətinin birinci bəndinə uyğun icazə alaraq evdən çıxdığı müəyyən edilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR