Slimfit
  1. AZƏRBAYCAN

8103-ə göndərilən məzmunsuz SMS-lərin sayı azalıb

8103-ə göndərilən məzmunsuz SMS-lərin sayı azalıb
Sakura

8103-ə göndərilən məzmunsuz SMS-lərin sayı azalıb

Evdən çıxmaq üçün icazənin alındığı 8103 qısa nömrəsinə göndərilən mesajların sayında azalma müşahidə olunur. Səbəb isə rayonlarda ləğv olunan məhdudiyyətlərin bəzən SMS-lə icazənin hələ də qüvvədə qaldığı şəhər və rayon sakinləri tərəfindən yanlış anlaşılmasıdır. 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Baku.Tv-yə bildirib ki, bu günə kimi “8103” qısa nömrəsinə 27 milyon 577 min SMS göndərilib:

“Əvvəlki günlərdən fərqli olaraq, bunlardan cəmi 23 faizi məzmunsuz SMS-lərdir. Bu da onu göstərir ki, insanlar həmin sistemə alışıb. Eyni zamanda, bu günlərdə əməkdaşlar üçün alınan icazələrin sayı da artıb”. 

Bakıdakı mənzərəyə görə isə demək olar ki, vətəndaşların əksəriyyəti rayonlarda ləğv olunan məhdudiyyətlərin onlara da şamil olunduğunu düşünür. 

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR