Slimfit
  1. MARAQLI

80-ci illərdə proqramları "hava ilə" necə ötürürdülər?

80-ci illərdə proqramları "hava ilə" necə ötürürdülər?
Sakura

Disketlərin gəlişindən sonra radio ilə proqram yayımlama ənənəsi sürətlə azaldı

1980-ci illərdə proqram və oyunları elastik plastinkalara və audio lentlərə yazırdılar, lakin bəziləri daha da irəli gedərək radio ilə yayımlamağa qərar vermişdi. Bunun necə alındığı barədə Ens.az-ın bu yazısında danışırıq. 

Məlumatların ötürülməsinin ilk seansları

Qırx il əvvəl Bristolda yerli bir radiostansiyada aparıcı Co Tozer və baş mühəndis Tim Layons rəhbərliyin təsdiqilə Datarama şousunu başlatdılar. Veriliş fərdi kompüterlərə həsr olunmuşdu və başlıca xüsusiyyəti proqramların "havadan" ötürülməsi idi.

Müəlliflər efirdə kasetləri oxudur, dinləyicilər öz maqnitofonlarının köməyi ilə səslənən səs-küyləri yazırdı. Sonra onları kompüterə qoşurdular və EHM səslərin kakofoniyasını bayt ardıcıllığı kimi interpretasiya etdi. Sinclair Spectrum proqramı ilə audiokaset belə səslənirdi:

Sınaq kimi müəlliflər tamaşaçılara "Çarlinin mələkləri" teleserialının ulduzu Şeril Leddin kodlu fotoşəkilini göndərməyə qərar verdilər. Düzdür, təsvir cəmi 40x80 piksel ölçüyə malik idi, buna görə amerikalı aktrisanı tanımaq kifayət qədər çətin idi

Tamaşaçılar bu məlumat ötürmə üsulunu qiymətləndirdilər və tezliklə Co şou üçün yazılanlar da daxil olmaqla bütün proqramları paylaşmağa başladı. Əvvəlcə BBC və Sinclair ZX81 kompüterləri üçün nəzərdə tutulmuşdular, lakin daha sonra qurğuların siyahısını Commodore və Dragon 32/64-ə qədər genişləndirdilər.

Şəkillərdən və proqramdan oyunlara

Təxminən eyni vaxtda, Holland Yayım Assosiasiyası, Dataramaya bənzər Hobbyscoop adlı bir radio proqramı yayımladı. Aparıcılar tamaşaçılara yalnız proqramları deyil, həm də kompüter oyunlarını çatdırırdılar. Şirkət, BASIC tətbiqetmələrinin geniş bir sıra kompüterlərə uyğun olması üçün BASICODE kaset formatını hazırladı.

BASICODE, FSK modulyasiyalı 1200BPS RS232 siqnalı idi. Sıfır bit 1200 Hz tezliyinin əsas siqnalının modullaşdırılan bir dövrü ilə, bir bit isə 2400 Hz siqnalının iki dövrü ilə kodlaşdırılmışdı. Modulyasiyanın oxşar tipini Acorn BBC kompüterlərində tətbiq edirdilər

Kütləvi fenomen

"Proqram paylanması" ilə radio proqramları bir çox Avropa ölkəsində mövcud idi. 1983-cü ildən 1986-cı ilə qədər Yuqoslaviyada efirə gedən "Ventilator 202" şousunun aparıcıları 150 proqramı bu şəkildə yayımladılar: kalkulyatorlardan uçuş simulyatorlarına qədər. Layihənin təşəbbüskarı kimi, Galaksija kompüter jurnalının redaktoru çıxış etmişdi. Yeri gəlmişkən, bu ölkə daxilində açıq mənbə proqram təminatı və avadanlıq mədəniyyətini təbliğ edən əsas mənbələrdən biri idi.

Buraxılışlardan birində müəlliflər hətta bir DIY kompüterlərinin yığılması sxemini yayımladılar və bu da qısa müddətdə "xəlqi" oldu. Kompüter bahalı (o dövrdə) qrafik çipi əvəzinə qrafika yaratmaq üçün ucuz Zilog Z80A mikroprosessorundan istifadə edirdi.

"Ventilator 202"-nin proqramları o qədər populyar idi ki, bunların bir hissəsi milli televiziyada yayımlandı. Ancaq əlçatan medianın - xüsusən də disketlərin - gəlişindən sonra radio ilə proqram yayımlama ənənəsi sürətlə azaldı.

Mənbə: habr.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR