Slimfit
  1. AZƏRBAYCAN

8 yaşlı sayt - Xalqxeber.Az

8 yaşlı sayt - Xalqxeber.Az
Sakura

8 yaşlı sayt - Xalqxeber.Az

Bu gün Xalqxeber.Az xəbər portalının 8 yaşı tamam olur.
Gənc, lakin zirək xəbər portalı 2012-ci ilin mart ayında yaradılıb və ötən 8 illik fəaliyyəti dövründə ölkəmizdə və dünyada baş verən ictimai-siyasi hadisələri işıqlandırıb. Saytın xəbərləri sırasında ölkədə aparılan abadlıq-quruculuq işləri barədə bilgilər, cəmiyyətin sosial problemləri və gündəlik qayğılarına çağırışlar çoxluq təşkil edir.

Operativ fəaliyyətilə diqqət çəkən xəbər portalının qurucu baş redaktoru Peyman Sadıqovun "Demokratik.Az"-a bildirdiyinə görə, xəbər portalının yaradılmasında əsas məqsəd dövlət orqanları, ictimaiyyət və mətbuat arasında etimadlı əlaqənin inkişaf etdirilməsi olub. Sayt rəhbərinin sözlərinə görə, saysız-hesabsız xəbər saytları içərisində müsbət mənada seçilmək və oxucuların sevgi-rəğbətinə layiq olmaq üçün komanda olaraq gecə-gündüz çalışıblar. Bu yolda ölkədə fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasını istəyiblər. Və bu amala xeyli dərəcədə nail də olublar.
Saytı adında olduğu kimi, xalqın güzgüsünə dönüşdürməyə çalışan baş redaktor 8 YAŞLI saytı ilə qürur duyduğunu, cəmiyyətimizi və dövlətimizin inkişafı yolunda müstəqil media qurumu olaraq "Xalqxəbər.az"-ın bundan sonra da əzmlə çalışacağını bildirib.
"Demokratik.Az" saytı olaraq biz də şəxsən dəyərli həmkarımız, saytın təvazökar rəhbəri Peyman Sadıqova və "XALQXƏBƏR"-in yaradıcı heyyətinə 8 YAŞINIZ MÜBARƏK OLSUN! deyir, uğurlu 10 illik yubileyləri keçirməyi arzu edirik.
8 yaşın mübarək olsun "XALQXƏBƏR"!!!
Demokratik.Az
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR