Slimfit
  1. TƏHSİL VƏ KARYERA

8 yaşdan yuxarı olan uşaqların məktəbə qəbulu necə aparılacaq

8 yaşdan yuxarı olan uşaqların məktəbə qəbulu necə aparılacaq
Sakura

8 yaşdan yuxarı olan uşaqların məktəbə qəbulu necə aparılacaq

Daimi qeydiyyatı yaşadığı ərazidən kənarda olan uşaqların lisey və gimnaziyalara qəbulu da elekrton formada həyata keçirilir. 

Lent.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva deyib.

İ.Abdullayeva onu da bildirib ki, əgər valideyn yaşadığı əraziyə yaxın məktəbdə övladının qeydiyyatdan keçirməyə gecikibsə, məktəbdə yer olmadığını düşünməsi doğru deyil: “Valideynlərin təşvişə düşməsinə ehtiyac yoxdur. Bu cür qeydiyyata düşən uşaqların siyahısı “gözləmə menyusu”nda saxlanılır. Daha sonra ehtiyac olduğu halda həmin yaxın ərazidə olan məktəblərin özündə yeni siniflər açılır”.

İ.Abdullayeva yaşı 8-dən yuxarı olan uşaqların məktəbə qəbulu ilə bağlı məsələyə də aydınlıq gətirib.

O bildirib ki, həmin uşaqların valideynləri elektron formada qeydiyyatdan sonra həftənin 2-ci və 4-cü günləri müvafiq sənədlərlə birgə öz övladlarını da götürüb Bakı Şəhəri üzrə Təhsil İdarəsində və ya idarənin yerlərdəki müvafiq komissiyalarına müraciət etməlidirlər: “Yaşı 8-i keçən uşaqların canlı şəkildə görülməsinə, hər hansı  probleminin olub-olmadığının aydınlaşdırılmasına ehtiyac var”.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR