Slimfit
  1. CƏMİYYƏT

“8 Noyabr” stansiyasında yenilik tədbiq edilib - RƏSMİ

“8 Noyabr” stansiyasında yenilik tədbiq edilib - RƏSMİ
Sakura

“8 Noyabr” stansiyasında yenilik tədbiq edilib - RƏSMİ

“8 Noyabr” stansiyasında gərginlik təminatı ilə bağlı məsələdə ilk dəfə olaraq yenilik tədbiq edilib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.

H. Məmmədov bildirib ki, stansiyada 35 kV-luq yarımstansiya istifadəyə verilib:

“Stansiya fasiləsiz elektrik təminatı məqsədilə dörd ədəd güc generatoru ilə təmin edilib. Stansiyanın keçid kamerası ilə birlikdə ümumi uzunluğu 363,5 metrdir. Bu da qatarların intensiv hərəkətini təmin edir. Stansiyanın platforması 7 vaqondan ibarətdir. Qatarların idarəsi radiodalğalar vasitəsilə təmin edilir ki, bu da mərhələli şəkildə həyata keçirilir. Bu stansiyada da idarəetmə məhz müvafiq sistemlə həyata keçiriləcək.

Ümid edirik ki, 31 may tarixindən istifadəyə veriləcək “8 Noyabr” stansiyasının da sərnişinlərin daşınmasında əhəmiyyətli rolu olacaq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR