Slimfit
  1. İQTİSADİYYAT

79 dövlət əmlakı özəlləşdirilir

79 dövlət əmlakı özəlləşdirilir
Sakura

79 dövlət əmlakı özəlləşdirilir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 6 noyabr tarixində baş tutacaq. Bu dəfə prosesə ümumilikdə 79 dövlət əmlakı çıxarılıb.

Komitədən Trend-ə verilən məlumata görə, onlardan 17-si səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahələri, 6-sı nəqliyyat vasitəsidir.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. İnvestorlar kənd təsərrüfatı, təmir-tikinti, sənaye və digər sahələrə aid olan bu səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketləri üzrə hərracda iştirak edə bilər.

Ümumi faydalı sahəsi 12 kv.m ilə 11 min 266 kv.m aralığında olan kiçik dövlət müəssisə və obyektləri sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Onlardan biri Şəki rayonu, Şorsu kəndindəki Əmlak kompleksidir. Geniş torpaq ərazisi ilə birgə özəlləşdiriləcək obyektin ümumi faydalı sahəsi 2 min 889 kv.m-dir. Biznes fəaliyyəti üçün əlverişli ola biləcək digər dövlət müəssisəsi Oğuz rayonu, Kərimli kəndində yerləşir. Bu Anbar kompleksinin ümumi faydalı sahəsi 3 min 101 kv.m-dir.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 12-si Bakıda, 4-ü Sumqayıtda, digərləri isə Gəncə, Ağdaş və Daşkəsəndə yerləşir. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 5,8 kv.m ilə 287,9 kv.m intervalındadır. Sumqayıt şəhəri, 18-ci mikrorayon, bina 1 ünvanındakı qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 29.3 kv.m-dir. Bu dövlət əmlakından ictimai iaşə və ya ofis obyekti kimi istifadə etmək olar. Özəlləşməyə çıxarılan Qaz, Kamaz və Fiat markalarına aid nəqliyyat vasitələrinin buraxılış tarixləri 1995-2007 illərdir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sabah növbəti hərrac keçiriləcək. Budəfəki hərraca ümumilikdə 67 dövlət əmlakı çıxarılıb. Onlardan 17-si səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR